Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


26.01.2022  11:54 

“Sovetski” sakinləri etiraz aksiyası keçirdilər





A+  A-

Keçmiş “Sovetski” küçəsinin sakinləri növbəti dəfə etiraz aksiyası keçiriblər.

XəzərNews.az xəbər verir ki, Prezident Administrasiyasının binası qarşısında toplaşan sakinlər onlara verilən kompensasiyalardan şikayətçidirlər.

Etirazçılar bildirirlər ki, həmin pulla yeni ev almaq mümkün deyil:

“Cəmi 100 manat kirayə pulu verirlər. Bu biabırçılıqdır... Sökülən evimizin pulunu normal versinlər ki, gedək ev alaq. Bizə çox az pul veriblər. 41 minə Bakıda haradan ev alım?!”.

Daha sonra sakinlər şöbə müdirinin qəbulunda olublar.

Onlara deyilib ki, məsələ Maliyyə Nazirliyinə və İcra Hakimiyyətinə verilib:

“Bizi şöbə müdiri Elyar bəy qəbul etdi. Dedilər, iş verilib, araşdırma aparılır. 2-ci ya 3-cü gün oraya gedəcəyik, görək nə cavab verəcəklər. Əgər mənfi cavab verilsə, yenə yığışacağıq. Biz öz haqqımızı istəyirik”.

Xəbər 3156 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +