Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


05.10.2021  19:20 

Sumqayıt Nəqliyyat İdarəsi vətəndaşların “cibinə belə girir“





A+  A-

“Son günlər Sumqayıt Nəqliyyat İdarəsi də sərnişindaşımada kart sisteminə keçib. Elə bu keçidlə də sərnişinlərə qara günlər yaşatmaqdadır. Başlıca səbəb də kartları adına “Validator” deyilən terminalın tanımamasıdır”.

XəzərNews xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist İlqar Salmanov şıxış edib.

İ.Salmanov bildiri ki, kartda kifayət qədər pul olsa da, terminal göstərir ki, kartda pul yoxdur(?): “Beləliklə də, vətəndaş avtobusa buraxılmır. Kütləvi hal alan bu problem Sumqayıt-Ceyranbatan arasında işləyən 9№-li avtobusda “fontan” vurur. Təsəvvür edirsinizmi, özlərinin (sürücülərin) satdığı kartaları öz terminalları tanımır. Başqa sözlə öz kartları ilə öz avtobuslarına buraxmırlar. İndi gəl məktəbə gedən uşaqların, qocaların, xəstələrin, lap elə hər kəsin düşdüyü duruma bax...”

Jurnalist bildirir ki, bunlar ya başa düşmürlər, ya da başları çatmır ki, istənilən halda problem vətəndaşda deyil, bunların problemidir: “Zəhmət çəkib problemdən çıxış yolu tapmalıdırlar. Çıxış yolu demişkən, kartı yenisi ilə əvəzləmək təklif olunur(?) Yəni 2 manat verib yeni kart almalısan və əvvəlki kartda olan pula da bir "FATİHƏ".

İ.Salmanov əlavə edir ki, Sumqayıt Nəqliyyat İdarəsinin rəis müvaini Tofiq adlı şəxs də bu problemdən xəbərdardır: “Deyir ki, neyləyək kartları "Paşabank" hazırlayıb, layihə onlarındır. Vəziyyətin düzəlməsini gözləyək(?) Gülməli, ağlamalı mənzərədir. Demək ki, gecə saat 8-də kursdan çıxan uşaq durub gözləməlidir ki, vəziyyət düzələcək. Bu nə "özbaçnalıqdır", nə vicdansızlıqdır. Sumqayıt Şəhər İcra Hakimiyyətində də bir söz eşidən yoxdur, həmişə olduğu kimi. Sumqayıt Nəqliyyat İdarəsinin rəisi Sultan Əsədov da gözəgörünməz olub”.


Xəbər 3413 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +