Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


01.03.2021  15:17 

Mərkəzi Bank bu dəfə 1 milyondan çox pul xərclədi





A+  A-

Mərkəzi Bank elektron sənəd dövriyyəsi xidmətini almaq üçün milyonlar xərcləyib.
XəzərNews.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz məlumat paylaşıb. O qeyd edib ki, Mərkəzi Bank istismarda olan elektron sənəd dövriyyəsi sisteminin təkmilləşdirilməsi üçün ötən il SİNAM şirkətinə 849895 AZN vəsait ayırıb: “Bu qurum həmin il eyni vaxtda, istismarda olan bu sistemin proqram təminatının dəstəklənməsi üçün əlavə olaraq 299956 AZN də yenə həmin SİNAM şirkətinə ödəyib.

Düşünürəm ki, cəmi 1 il müddətinə təkmilləşmə və dəstəklə bağlı adi, mövcud bir sənəd dövriyyəsi sisteminə milyondan çox vəsait ayırmaq ağlasığmazdır. Bilmirəm, bəlkə də şirkət Mərkəzi Bankı aldadıb, bəlkə də sövdələşmə var.

Adi məntiqlə yanaşsaq, bu qeyd olunan xidmətlər üçün, hətta sıfırdan yenidən hazırlamaq olsa belə, bu rəqəmlər ağlasığmazdır. Bunun hər hansı izahı yoxdur”.

O. Gündüz hesab edir ki, bunlar həm də onun göstəricisidir ki, eGov-un inkişafına cavabdeh olan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin eGov Mərkəzinin elektron hökumətin əlaqələndirilməsi sahəsindəki fəaliyyəti qənaətbəxş deyil: “Qurum eGov sahəsində bir sıra uğurlu həllər təklif etsə də, bütövlükdə elektron hökumət quruculuğunda əlaqələndirmə sahəsində görülən işləri yetərli hesab etmək olmaz. eGov sahəsində İT layihələrin tətbiqində optimallaşma və ekspertiza sistemi yoxdur.

Müxtəlif şirkətlərə məxsus eyni mahiyyətli rəqəmsal həllər müxtəlif dövlət qurumlarında müxtəlif, ağlasığmaz qiymətlərlə tətbiq olunursa demək burada effektiv eGov əlaqələndirməsindən danışmaq doğru olmazdı”.
Qeyd edək ki, Mərkəzi Bank son zamanlar özünə yeni bahalı inzibati binanı tikdirməsiylə bağlı gündəmə gəlmişdi. Söhbət 218 milyon avroluq layihədən gedir.

Xəbər 4263 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +