Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb


05.06.2020  17:04 

Mehmanın müalicəsi üçün lazım olan pul toplandı





A+  A-

Bloqqer Mehman Hüseynovun müalicəsi üçün tələb olunan pul artıq toplanıb.
XəzərNews.az xəbər verir ki, bu barədə M. Hüseynov sosial şəbəkədə məlumat verib. O qeyd edib ki, sağalması üçün tələb olunan məbləğ cəmi 2 günə toplanıb: “Bu, heçkimə zarafat gəlməsin. Cəmi 2 günə tələb onunan məbləğin 98% milli pulumuzla 140.000 AZN toplandı. Bu, Azərbaycanda ilk dəfə idi. Sıravi vətəndaşlar həmrəy oldular və nəticəsi ortadadır.

Təsəvvür edin, İsveçrə həkimləri, burada məni tanıyan xarici dostlar, təşkilatın üzvləri hamı şokdadır. Necə bu baş verdi? Belə bir sürətli, belə qısa bir vaxta bu məbləğin yığılmasını heç vaxt görməyiblər. Və mən bir daha öz ölkəmlə, öz xalqımla fəxr elədim. Siz mənə sahib çıxdınız.

Mənə maddi mənəvi dəstək olanın, dua edənin hər kəsin qarşısında baş əyirəm. Artıq 1-ci gündən müalicəm başlayır və yığılan məbləğin hər bir qəpiyinin hesabatını sizə verəcəm”.

Xəbər 3770 dəfə oxunub.




02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +