Zaxarovadan Azərbaycanda saxlanılan ruslarla bağlı AÇIQLAMA
ABŞ Ukraynaya bütün silah tədarükünü dayandırır
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
Tramp Zəngəzur dəhlizinin açılması üçün təklif irəli sürüb?
London Rusiya ilə Azərbaycanın arasını vurmağa çalışır?
Zaxarovadan SSRİ mesajı
Səfərbərlik Xidmətinin 9 əməkdaşı işdən çıxarıldı
Masallının “İstisu”sunda antisanitar vəziyyət höküm sürür
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışını etdi
Rusiya Azərbaycandan konsulluq girişi tələb edir


23.12.2019  17:49 

Azərbaycanda yeni Mərkəz yaradılır





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında fərman imzalayıb.
XəzərNews.az xəbər verir ki, sənəddə deyilir:

1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılsın.

2. Müəyyən edilsin ki:

2.1. Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

2.2. Mərkəzin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirir.

3. Mərkəzin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Mərkəzin yenidən təşkili və ləğv edilməsi;

3.1.2. Mərkəzin idarəetmə orqanlarının yaradılması;

3.2. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə:

3.2.1. Müşahidə Şurasının sədr və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

3.3. TƏBİB-ə:

3.3.1. bu Fərmanın 3.1-ci və 3.2-ci bəndlərində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. TƏBİB:

5.1. Mərkəzin nizamnaməsini, strukturunu, işçilərinin say həddini və əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələri, mükafatları və digər ödənişləri) bir ay müddətində təsdiq etsin;

5.2. Mərkəzin nizamnaməsi təsdiq edildiyi gündən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Mərkəz dövlət qeydiyyatına alındığı günədək Talassemiya Mərkəzi publik hüquqi şəxs və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu fəaliyyətlərini davam etdirsinlər.

Xəbər 3070 dəfə oxunub.




03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı

02.07.2025  20:48 

Bu restoranlar cərimələnib


BÜTÜN XƏBƏRLƏR +