Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycan Rusiya ilə ticarətdən imtina edərsə... - Nə qədər itirəcək?


20.12.2019  15:23 

“Daewoo” “Hafka”nın qaz qurğularını əlindən almaq istəyir





A+  A-

Beynəlxalq şirkət “Hafka”dan borcunun qarşılığında ona məxsus neft qazma qurğularını istəyir.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Koreyanın “Posco Daewoo Corporation” şirkəti 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək “City Bus” MMC-yə, “Logestics Group” MMC-yə, “Baghlan Group” FZCO (Azad Zona Şirkətinin) Azərbaycan filialına və “Petroleum Services Group SA” şirkətinin Azərbaycan fililına qarşı iddia qaldırıb.

Bu şirkətlərin borcuna görə girov qoyulan Qum adası və Xəzər dənizindəki Bahar yatağında yerləşən 225T 2 dəst AC Platforma üzrə Qazma Qurğularının borc qarşılığında “Posco Daewoo Corporation”a verilməsi tələb edilib.

Qeyd edək ki, “Baghlan Group” və “Logestics Group” şirkətləri müflis olmuş iş adamı, “Hafka” ləqəbli Hafiz Məmmədova məxsusdur. “City Bus” MMC-nin isə bir müddət keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yaxın dostu və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin direktoru olmuş Elnur Abdullayev tərəfindən idarə olunduğu bildirilir.

Bu işlə bağlı məhkəmə prosesi iki ilə yaxındır davam edir. İlk iddia ərizəsi 2018-ci ilin yanvar ayında verilib. Həmin il mayın 31-də “Baghlan Group” məhkəməyə ərizə təqdim edərək, iqtisadi işin 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə aidiyyəti olmadığı və müqavilə aidiyyəti üzrə Beynəlxalq Kommersiya Palatası və Sinqapur Beynəlxalq Arbitraj Mərkəzində baxılmalı olduğu üçün bu işin həmin məhkəmələrə göndəriləsini xahiş edib. Lakin məhkəmə bu istəyi rədd edib.

İyunun 1-də “Posco Daewoo Corporation” şirkətinin tələbi ilə girov predmeti olan Qazma Qurğularının üzərinə həbs qoyulub və “Hafka”ya onun özgəninkiləşdirilməsi və istifadəsi qadağan olunub.

“Baghlan Group”un bu qərarı ləğv edilməsi üçün verdiyi apelyasiya şikayəti rədd edilib. Onların növbəti istəyi üzərinə girov predmetinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilib. Ekspert rəyi məhkəməyə daxil olduqdan sonra növbəti iclas dekabrın 12-nə təyin edilib. Lakin “Posco Daewoo Corporation” və “Hafka”nın şirkətlərinin nümayəndələri iclasa qatılmayıb. Məhkəmə belə olanda halda iddianın baxılmamış saxlanılmasına qərar verib.

Xəbər 3017 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +