Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


03.04.2019  11:27 

Rezidenturaya qəbul imtahanı keçiriləcək





A+  A-

Dövlət İmtahan Mərkəzi aprelin 7-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirəcəkdir
XəzərNews.az xəbər verir ki, Rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3 binada, Naxçıvan şəhərində isə 1 binada keçiriləcək.

İmtahan bütün binalarda eyni vaxtda–saat 11.00-da başlayacaq və 2 saat 30 dəqiqə davam edəcəkdir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 14-dən 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 930 namizəd ərizə təqdim edib. Onlardan 798 nəfər Azərbaycan, 132 nəfər isə rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 358 nəfəri oğlan, 572 nəfəri isə qızlardır. Namizədlərdən 319-u cari ilin, 611-i isə əvvəlki illərin məzunlarıdır, 13 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahanın idarə olunmasına 9 imtahan rəhbəri, 86 nəzarətçi-müəllim cəlb olunacaq.

Ərizə vermiş namizədlər imtahanda iştirak etmək üçün aprelin 1-dən etibarən DİM-in internet saytına daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunur.

Namizədlər imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Bütün imtahan iştirakçılarına uğurlar arzu edirik!

Xəbər 2877 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +