Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


11.12.2018  09:17 

Çindən “Apple” məhsullarına qadağa





A+  A-

Patent hüququnun pozulması iddiası ilə Çində “Apple” şirkətinin bir çox məhsuluna qadağa qoyulub.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, qadağa qoyulan məhsullar arasında “iPhone 6S”, “iPhone 6S Plus”, “iPhone 7”, “iPhone 7 Plus”, “iPhone 8”, “iPhone 8 Plus” ve “iPhone X” smartfonları yer alıb.

“Qualcomm” şirkəti həmin modellərdə istifadə edilən 2 patentin “Apple” tərəfindən icazəsiz istifadə edildiyini, bu səbəbdən Çində satışlarına qadağa qoyulduğunu açıqlayıb.

“Apple” şirkəti isə mübahisə mövzusu olan patentlərin “iOS 11” əməliyyat sistemi ilə işləyən cihazlarla bağlı olduğunu, yuxarıda adları qeyd edilən smartfonların isə “iOS 12” ilə işlədiyini, bu səbəbdən də qadağanın təsirsiz olduğunu açıqlayıb:

Qeyd edək ki, bu addımın “Huawei” şirkətinin sahibinin qızı və şirkətin maliyyə işləri üzrə direktoru Vançjou Menin Kanadada saxlanılmasına cavab olaraq atıldığı ehtimal edilir. Belə ki, Kanadada baş verən hadisənin ABŞ-ın sifarişi olması barədə iddialar səsləndirilir.



Xəbər 3148 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +