Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


07.09.2018  12:08 

Bakı Meriyası Binəqədidə də söküntülərə başladı





A+  A-

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında aparılan abadlıq-qurculuq, zəbt olunan torpaq sahələrinin və yaşıllıqların hasarlarının sökülərək ərazinin təmizlənməsi, həmin yerdə abadlıq güşələrin yaradılması, vətəndaşları narahat edən amillərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qurumdan XəzərNews.az-a verilən məlumata görə, vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında Şəhər İcra Hakimiyyətində yaradılmış xüsusi Komissiya tərəfindən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki zeytunluq adlanan ərazidə, Heydər Məscidinin yaxınlığında araşdırmalar aparılıb.

Yaşıllıq ərazisində bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsı, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılıb.

Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla Zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib.

Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

İlk növbədə vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması, sosial şəraitinin yaxşılaşdırılması, ümumilikdə isə paytaxtımızı daha da gözəlləşdirmək olan bu tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ardıcıl olaraq davam etdiriləcək.

Xəbər 4510 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +