Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


03.09.2018  15:18 

Nigar İsmayılqızında qan xərçəngi aşkarlandı





A+  A-

Jurnalist Nigar İsmayılqızıda Leykoz (qan xərçəngi) xəstəliyinin ağır forması aşkarlanıb.
XəzərNews.az xəbər verir ki, bununla bağlı azxeber.com-a danışan Nigarın bacısı Aytən İsmayılova bildirib ki, hər şey anidən olub:

"Bir müddət idi ki, Nigarda halsızlıq müşahidə olunurdu. Hər gün bu halsızlıq artırdı və biz onu müayinə etdirdik. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər inanılmaz dərəcədə çoxalıb. Yəni normal insanda olandan təxminən 100 dəfə çox. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Baxmayaraq ki, qan köçürürük, Nigarın vəziyyəti günü-gündən pisləşir".

Bu gün Nigarı Türkiyəyə gətirdiklərini deyən bacısı hazırda onu "Hacettepe" xəstəxanasına yerləşdiklərini deyib:

"Bütün ailə, qohumları, dostları yığışıb 30 min AZN düzəltmişik. Amma bizə dedilər ki, bu məbləğlə Nigarı xilas etmək mümkün olmayacaq. Ona, yəqin ki, ilik nəql olunacaq. Bu isə yalnız Avropa dövlətlərində mümkündür. Nə bizim, nə qohum və dostlarımızın bu məbləği düzəltməsi mümkündür".

Xatırladaq ki, Nigar İsmayılqızının 33 yaşı var. Uzun müddətdir mətbuatdadır. "Space" və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin "GEM.AZ1" Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.

Xəbər 3305 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +