Rusiya Kiyevə hücum edib
Solovyovun Bakını hədələməsinə Türkiyədən reaksiya
Sabiq məmur hərbçilərdən rüşvət alıbmış
Parlamentdə 22 məsələ müzakirə olunacaq
Əliyev Trampı təbrik etdi
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb
Günay Qurbanova Avropa çempionu olub
Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert


28.07.2018  10:08 

Bakıda parkomatların qiyməti dəyişəcək?





A+  A-

Bakıda parkomatlarda avtomobil saxlama qiymətinə yenidən baxılmalıdır.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyib. Ə.Hüseynov bildirib ki, parkomatlardakı qiymətlər hökumət tərəfindən müəyyən olunmayıb. Onun sözlərinə görə, ötən il qanunvericiliyə dəyişiklik olundu:

"Nazirlər Kabinetinə tapşırıq verildi ki, parklanma yerlərində qiymətləri müəyyən etsin. Həmin qiymətlər hələki müəyyən olunmayıb. Hazırda tətbiq edilən qiymətləri isə Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edib. Bakıda olan iki parkomat dövlətə məxsusdur, bunlar Qış bulvarının və Azadlıq meydanının altında yerləşən parkomatlardır. Qalan parkomatlar özəldir. Hər halda qiymətlər müəyyən prinsiplər əsasında daha yaxşı tənzimlənməli və sürücülər üçün daha əlçatan və cəlbedici olmalıdır. Parklanmanın əsas mahiyyəti odur ki, şəhərdə dayanma-durma ilə bağlı pozuntular olmasın, tıxaclar yaranmasın. Parkomatların yaradılmasında əsas məqsəd külli miqdarda gəlir əldə etmək deyil".

Ə.Hüseynov bildirib ki, şəhərin bütün parklanma yerləri ödənişli olmamalıdır: "Parklanma yerlərində ilk 15 dəqiqə pulsuz olmalı, şəhərin yerləşməsinə uyğun olaraq fərqli parklanma tarifləri müəyyən edilməlidir, istirahət və bayram günləri isə ödənişsiz və ya cüzi ödənişlə olmalıdır. Dünyanın hər yerində parklanmanın qabaqcadan uzunmüddətli ödənişi həyata keçirilir. Misal üçün 1 aylıq, 6 aylıq və ya 1 illik əvvəlcədən ödəniş edir və həmin müddətdə bütün parklanma yerlərində dayanır. Düzdür, birdəfəlik ödənilən məbləğ bir az çox olur, ancaq gündəlik istifadəni nəzərə aldıqda ödənişlər çox az düşür".

Xəbər 3454 dəfə oxunub.




04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +