Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


18.06.2018  14:08 

Evlərə qənim kəsilənlər tutuldu





A+  A-

Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bəyimsarov kənd sakini Heydər İsmayılov saxlanılıb.
XəzərNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, o, Seydimli kəndindəki evlərin birindən 7000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinir.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə saxlanılmış Fərid Kərimovun ətrafında Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən ilin sentyabr ayında Mirzəqışlaq kəndi ərazisindəki evlərin birindən 2000 manat pul oğurlaması müəyyən edilib.

***

İyunun 16-da Marzılı kənd sakini Etibar Məmmədov RPŞ-yə müraciət edərək həmin gün naməlum şəxsin oğurluq məqsədilə onun evinə girməsini və ev əşyalarını dağıtmasını bildirib. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi Orxan Quliyev saxlanılıb.

Araşdırmalar zamanı O.Quliyevin E.Məmmədovun evindən ötən ilin mart ayında “İJ” markalı ov tüfəngi, sentyabr ayında isə 100 manat pul və qızıl əşyalar oğurlaması müəyyən edilib.

Araşdırma aparılır.

Xəbər 2660 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +