Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi
Azərbaycan Rusiya ilə ticarətdən imtina edərsə... - Nə qədər itirəcək?
Zaxarovadan Azərbaycanda saxlanılan ruslarla bağlı AÇIQLAMA


30.03.2018  13:54 

Deputatdan məmurlara İTTİHAM: “Şaumyanın müdafiəsinə qalxdılar”





A+  A-

“Milli Məclis Dünya Azərbaycanlılarının Soyqırımı və Xocalı Soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir. Milli Məclis müraciət etsin ki, buna hüquqi qiymət verilsin”.
XəzərNews.az-ın məlumatına görə, bunu Milli Məclisdə Dünya Azərbaycanlılarının Soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda çıxış edən deputat, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Deputat bildirib ki, bu gün Xocalı Soyqırımını törədən qatillər həyatda yaşayırlar.

“Bu soyqırımının törədilməsini özləri də etiraf ediblər. Sarkisyanın özü də bunu etiraf edib.

Bu gün dünyada nədənsə müsəlman aləmində olan qırğınlara qarşılı ikili standartlıq var. Hesab edirəm ki, Milli Məclis Dünya Azərbaycanlılarının Soyqırımı və Xocalı Soyqırımı ilə bağlı dünya parlamentlərinə müraciət etməlidir”.

Y.Mahmudovun sözlərinə görə, Azərbaycan prezidentinin göstərişindən sonra 26 Bakı komissarının qəbirlərinin açılaraq araşdırılması zamanı bəzi məmurlar Stepan Şaumyanın müdafiəsinə qalxdılar.

"Həmin vaxtı Azərbaycan prezidenti parkda qazıntı işlərinin aparılması istiqamətində göstəriş vermişdi. Biz tarixçilər bilirdik ki, "Sahil" bağındakı "26-lar" adlanan abidənin altında 26 cəsəd yoxdur. Həmin vaxtı Azərbaycan prezidenti çox cəsarətli addım ataraq, tapşırıq verdi və orada qazıntı işləri aparıldı.

Həmin ərəfədə prezident Davosa səfərə gedəndə bizə göstəriş vermişdi. Mən özüm şəxsən həmin qazıntılarda iştirak etmişəm. Qazıntı zamanı abidədən cəmi 23 cəsəd çıxdı. Müəyyən olundu ki, onların arasında Stepan Şaumyanın cəsədi yoxdur. Çünki oradan çıxarılan cəsədlər arasında 40 yaşından yuxarı cəsəd yox idi.

Stepan Şaumyanın isə 40-dan yuxarı yaşı vardı. Onların arasında digər erməni terrorçuları da yox idi. Həmin dövrdə biz bunların hər birini dünyaya çatdırdıq"-deyə akademik əlavə edib.

Akademik deyib ki, əldə olan tarixi sənədlərə görə, 26 Bakı komissarı güllələndikdən sonra Stepan Şaumyan həbsxanada 10 gün yatıb.

"Bu faktdır. Bizim jurnalist araşdırması nəticəsində Kərkükdə Stepan Şaumyanın yaşadığı evi araşdırıb ortaya çıxarmışıq. Yəni, bildirmək istəyirəm ki, Stepan Şaumyanın ifşasında Azərbaycan prezidentinin xüsusi rolu var".

Xəbər 3033 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +