Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


13.10.2017  15:03 

Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq





A+  A-

"Bakı-Naxçıvan birbaşa dəmiryolu xəttinin açılması "Şimal-Cənub" dəhlizinin İran hissəsinin tikintisi başa çatdıqdan sonra mümkündür".
XəzərNews.az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

O, bildirib ki, Bakı ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin yaradılması Türkiyə və ya İran üzərindən mümkün ola bilər.

C.Qurbanov qeyd edib ki, bu layihənin reallaşması üçün iki variant mövcuddur: "Qarsdan Sədərəkə dəmir yolu xətti çəkilə bilər. Bu isə Türkiyənin ərazisidir və bu layihənin dəyəri 2-2,5 mlrd. dollar təşkil edir. Türkiyə dövlətinin bu maliyyəni nə vaxt ayıracağı məlum deyil. Digər tərəfdən, İranda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üçün yol tikilir. Bu yolun maliyyə dəyəri 1 mlrd. dollar təşkil edir. İran tərəfi yolun torpağını almağı öhdəsinə götürüb. Bütün bu tikinti işləri yekunlaşandan sonra, İrandan keçməklə, yəni 1 450 km ötməklə Bakıdan Naxçıvana məsafə qət edə biləcəyik".

Xəbər 3740 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +