Şahin Şıxlinski sərbəst buraxılıb
Onlar başlatdı, biz bitirəcəyik!
Voronejdə azərbaycanlı sahibkar həbs edilib
Yekaterinburqdakı diaspor liderimizi polis qaçırdı
Əliyevlə Zelenski bu məsələdə razılığa gəldi
Sobçak öldürülən azərbaycanlılardan yazdı
Zelenski Əliyevə zəng etdi, başsağlığı verdi
XİN Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
Prezident İlham Əliyev bu məhkəmələrə hakim təyin etdi
Böyük Britaniya 3 qrupu terror təşkilatı elan etməyə hazırlaşır


28.09.2017  11:34 

Uşaqlar arasında qrip yayıldı





A+  A-

Hazırda ölkədə azyaşlılar arasında qrip mənşəli viruslara yoluxma hallarında artım müşahidə olunur. Bəzilərinin etinasız yanaşdığı qrip virusu əslində bir çox xəstəliklərin başlanğıcına rəvac verir. Müşahidə olunan xəstəlik yüksək hərarət, bəlğəmli öskürək, ishal və qusma kimi əlamətlərlə özünü biruzə verir.
Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev Modern.az-a açıqlamasında xəstəliyin mövsüm dəyişikliyi ilə bağlı olduğunu deyib:

“Havaların kəskin dəyişməsilə xəstəlik müşahidə edilə bilər. Təəssüf ki, iqlim kəskin dəyişsə də, bəziləri geyimlərini dəyişməyiblər. Bəzi hallarda validyenlər uşaqlara qarşı diqqətsiz olurlar. Onları havaya uyğun geyindirmirlər. Belə olan halda uşaqlarda soyuqdəymə xəstəlikləri müşahidə olunur. Havanın temperaturunun azalması ilə bədəndə soyuma olanda bir qisim virus və bakteriyalar baş qaldırır. Bu da azyaşlıların xəstələnməsi, yaxud kəskin respirator virus, angena kimi özünü biruzə verir. Bu da payız-qış mövsümü üçün xarakterikdir”.

Baş pediatr bildirib ki, azyaşlıların il ərzində ən azı 2 dəfə qripə yoluxması normal qarşılanmalıdır:

“Bir az obrazlı desək, ildə iki dəfə qrip olmaq uşaqların haqqıdır. Bu dünya praktikasında belədir”.

N.Quliyev digər səbəb kimi uşaq kollektivlərinin fəaliyyətə başlamasını göstərib:

“Xəstəliyin artması həm iqlimin dəyişməsi, havaların soyuması ilə, həm də sentyabrdan başlayaraq uşaq kollektivlərinin yenidən fəaliyyəti ilə bağlıdır. Uzun müddət aradan sonra uşaqların kollektivlərdə toplaşması da xəstəliklərin artmasını şərtləndirən amildir.
Bu vaxt xəstə uşağın digər uşaqları yoluxdurma ehtimalı artır”.

Xəbər 2913 dəfə oxunub.




02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!

01.07.2025  16:33 

Çində güclü daşqın olub

01.07.2025  16:09 

Rusiya Azərbaycana nota verib

01.07.2025  15:17 

Ukrayna Rusiyaya PUA hücumu edib

01.07.2025  15:03 

Azər Zahid buraxılıb


BÜTÜN XƏBƏRLƏR +