Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov
Azərbaycanlılar Gürcüstandan deportasiya edildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü başlayıb


24.02.2025  12:53 

Saxta və lisenziyalı kosmetoloqları necə ayırd edək?





A+  A-

Lisenziyası saxta olan və ümumiyyətlə sertifikatsız, lisenziyasız fəaliyyət göstərən kosmetoloqlar var, onlarla necə mübarizə aparılır? Lisenziyalı və lisenziyasız kosmetoloqları necə ayırd etmək olar?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, həkimin dünyada çalışmasının göstəricisi onun əlindəki, dövlət tərəfindən verilən lisenziyadır.

Ekspertin sözlərinə görə, bizdə təəssüf ki, indiyə qədər bu sistem çalışmır. Sertifikat – ümumiyyətlə belə bir anlayış yoxdur. O ki, qaldı sertifikasiya deyilən imtahana, bu absurd bir imtahandır. Dünyanın heç bir yerində olmayan şeydir, biabırçılıqdır.

“Çünki insan ali məktəbdə verdiyi imtahanı 5 ildən bir təkrar edir. Bu həkimin ağlını təcrübəsini, artırmır. Bu insanları incitmək, əlavə problem yaratmaq və açıq deyim ki, koorparativ maraqlar da var. Məsələ budur. Sertifikat söhbətini yığışdırmaq lazımdır. Hər bir tibb mütəxəssisi lisenziya almalıdır. Akreditasiya sistemi olmalıdır. O, bütün sənədləri akreditasiya xidmətinə təqdim etməlidir. Baxmayaraq ki, bununla bağlı bizdə prezidentin sərəncamı var, lakin bizdə bu hələ formalaşmayıbdır. Biz bunun nə adını nə də üzünü görməmişik. Bu sərəncam çox düzgün bir sərəncamdır. Lakin icra olunmur. Bunlar olduğu təqdirdə bütün məsələlər öz həllini tapacaq”.

Xəbər 2982 dəfə oxunub.




02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +