Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


19.10.2023  09:20 

Sabiq nazir balıq biznesinə başladı





A+  A-

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev Moskvada biznes fəaliyyətinə başlayıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Ekonominfo.az məlumat yayıb.

Xəbərdə bildirilib ki, Əbülfəs Qarayev bu ilin may ayında "Korporaçiya ÇE" (ООО "КОРПОРАЦИЯ ЧЕ" - ИНН: 7725322819) adlı şirkətin 50%-lik payını satın alaraq 2 təsisçidən biri olub.

"Korporaçiya ÇE" şirkətinin digər təsisçisi - Əbülfəs Qarayevin biznes ortağı Rusiya vətəndaşı Levkoviç Aleksandr Nikolaeviçdir. Hər iki təsisçinin şirkətin nizamnamə kapitalındakı payı 10 000 rubl təşkil edir.

Həmçinin qeyd edilib ki, Əbülfəs Qarayevin şirkəti 11 iyul 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkət satın alındıqdan sonra hüquqi ünvanı - Moskva şəhəri, Dnepropetrovskaya, ev 3 koros 5, m. 3/1 ünvanına dəyişdirilib.

Rusiya qanunvericiliyə görə, şirkətin fəaliyyət sahəsinə balıq, xərçəngkimilər və molyusklar da daxil olmaqla digər ərzaq məhsullarının topdan satışı daxildir.

O da qeyd edilib ki, Əbülfəs Qarayevin qızı Suad Malekiyə də (Qarayeva) uzun illərdir Rusiyada biznes fəaliyyətiylə məşğuldur.

Suad Malekinin yeganə təsisçisi olduğu "GALS" şirkəti 05.07.2013-cü ildə Moskva şəhəri, Tatarskaya küçəsi 7 ünvanında dövlət qeydiyyatına alınıb. Şirkət daşınmaz əmlakın alqı-satqısı ilə məşğuldur.

Mətbuatda yayılan məlumatda bidirilir ki, "GALS" sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı)) ibarətdir.

Sayt yazıb ki, "GALS" adı ilə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin də sabiq nazirə bağlı olduğu bildirilir. "GALS Gallery", "GALS Beauty and Spa" və "GALS" MMC-yə sabiq nazirə yaxın olan şəxslər rəhbərlik edir. Bunlardan başqa sabiq nazirin həyat yoldaşı Kazımova Lalə Tofiq qızının (Azərbaycan SSR xalq artisti, rejissor Tofiq Kazımovun qızı) rəhbərlik etdiyi "Yol+İlk Elmi-Populyar Dərgi Redaksiyası" MMC 29.03.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb.

Sabiq Mədəniyyət nazirinin həyat yoldaşı və qızından başqa kürəkəni Şahriar Maleki də Azərbaycanda biznes fəaliyyətilə məşğuldur. Əslən İrandan olan Böyük Britaniya vətəndaşı Şahriar Maleki 02.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınan "Green Farm Azərbaycan" MMC-nin qanuni təmsilçisidir. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "Green Farm Azərbaycan" MMC-yə 2017-ci ilin mayında Biləsuvar İcra Hakimiyyəti tərəfindən 5 min hektar torpaq sahəsi ayrılıb.

Əbülfəs Qarayevin kürəkəninə 5 min hektar torpaq sahəsi ayıran Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev 29 aprel 2020-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılaraq Bakıya gətirilib. Bundan təxminən 20 gün sonra Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Xəbər 1231 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +