Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


29.01.2018  13:21 

Azərbaycana 2.6 milyon turist gəlib





A+  A-

2017-ci il ərzində Azərbaycana dünyanın 187 ölkəsindən 2696,7 min və ya ötən illə müqayisədə 19,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, gələnlərin əksəriyyəti turizm məqsədilə səfər etmişlər. Gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 20,0 faizi Gürcüstan, 13,5 faizi İran, 11,2 faizi Türkiyə, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi İraq, 2,1 faizi Ukrayna, 15,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. Gələnlərin 64,9 faizini kişilər, 35,1 faizini isə qadınlar təşkil etmişdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 5,9 faizi yanvar, 5,7 faizi fevral, 9,1 faizi mart, 6,9 faizi aprel, 7,8 faizi may, 9,0 faizi iyun, 11,7 faizi iyul, 11,4 faizi avqust, 9,4 faizi sentyabr, 7,6 faizi oktyabr, 7,5 faizi noyabr, 8,0 faizi isə dekabr aylarında ölkəyə gəliblər.

Körfəz ölkələrindən gələnlərin sayında daha çox artım müşahidə edilib. Əvvəlki illə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 9,7 dəfə, Oman vətəndaşlarının sayı 7,4 dəfə, Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 4,5 dəfə, Bəhreyn vətəndaşlarının sayı 3,6 dəfə, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 2,4 dəfə, Qətər vətəndaşlarının sayı 2,4 dəfə, İran vətəndaşlarının sayı 1,5 dəfə artmışdır. Körfəz ölkələrindən gələnlərin ümumi sayı 65,2 faiz artaraq 614,7 min nəfər təşkil edib.

Digər ölkələrdən də Azərbaycana gəlmiş şəxslərin sayında artım müşahidə olunub. Belə ki, 2017-ci il ərzində Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 17,4 faiz artaraq 105,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 14,3 faiz artaraq 1006,5 min nəfər olub.

Bu dövrdə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 56,6 faizi dəmir yolu və avtomobil, 42,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə ediblər.

2017-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 4,0 faiz azalaraq 4108,9 min nəfər olub. Ölkə vətəndaşlarının 33,4 faizi Gürcüstana, 23,4 faizi İrana, 22,5 faizi Rusiya Federasiyasına, 14,6 faizi Türkiyəyə, 1,6 faizi Ukraynaya, 1,0 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,5 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 67,6 faizi kişilər, 32,4 faizi isə qadınlar olub.

Xəbər 1782 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +