Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


20.05.2025  20:50 

Arvadını öldürüb Kürə atan şəxsə cinayət işi açıldı





A+  A-

Mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

XəzərNews.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.


Xəbər 2221 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +