Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu
Əvəz Zeynallı Türkiyəyə gedir


25.01.2022  15:34 

Atanı şəhid övladları adına bulaq tikməyə qoymurlar





A+  A-

“İki oğlum Vətən müharibəsində şəhid olub. Hazırda yaşadığım Binə qəsəbəsində öz hesabıma onların adına bulaq tikdirmək istəyirəm. Amma qoymurlar”.

XəzərNews.az xəbər verir ki, bu fikirləri Modern.az saytına açıqlamasında Vətən müharibəsinin şəhid qardaşları - Elgün və Altay Mövlanovaların atası Tahir Mövlanov bildirib.

Onun sözlərinə görə, məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda olub. Şəhər meri şəhid bulağının tikilməsinə şifahi şəkildə icazə verib. Amma...

“Binə qəsəbəsində Şam bağının yaxınlığındakı ərazidə bulaq tikdirmək istəyirəm. Xəzər Rayon İcra Hakimiyyəti buna mane olur. Ustalar əraziyə gedəndə polislər tökülüşüb icazə vermədilər. Uzun müddətdir bulağın tikilməsi üçün çalışıram. Amma hələ də daşı daş üstünə qoya bilməmişəm”, - şəhid qardaşların atası narazılıq edib.

Şəhid atası Tahir Mövlanov aidiyyatı qurumları bu məsələdə ona kömək etməyə çağırıb.

Xatırladaq ki, şəhid qardaşlar Vətən müharibəsinin ilk günlərindən fəallıqları ilə seçiliblər. Elgün Mövlanov 2020-ci il sentyabrın 30-da Goranboy rayonunun Ağcakənd istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elgün həm də İkinci Qarabağ müharibəsində Lerikin ilk şəhidi olub.

Onun qardaşı, müddətdən artıq hərbi xidmət edən Altay isə bir ay sonra, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Hər iki qardaş Lerikdə yan-yana dəfn olunublar.

Qeyd edək ki, Elgün və Altay Mövlanovlar məşhur lerikli çoban Xanış Şahıyevin nəvələridir.

Xəbər 1860 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +