Naziri müavini idi, şöbə müdiri oldu
Bəzi ölkələrdən quş əti gətirilməsinə məhdudiyyət qoyulub
İran İsraillə dil tapmağa çalışacaq – Politoloq
Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK


20.02.2017  12:17 

Polis mayoru nazirdən kömək gözləyir: Tək ümidim sizə qalıb”





A+  A-


“Tək ümidimiz cənab nazir Ramil Usubova qalıb”
Bunu Yolçuyev Şakir Nəbi oğlu yazıb.

O, Bakının Binəqədi rayonu, 9 A mikrorayonu, Mircəlal küç.ev 3, mənzil 53-də yaşayır. Ş.Yolçuyev daxili işlər naziri Ramil Usubova növbəti dəfə müraciət edib:

“62 yaşım var və 40 il polis işçisi olmuşam. Polis mayoru rütbəsi ilə təqaüdə çıxmışam. Qarabağ döyüşlərində iştirak etmişəm. Fəxrlə deyirəm ki, ailəmiz polis ailəsidir.

Şərəfli polis zabiti olmağımdan və cənab Ramil Usubov kimi nazirin rəhbərliyi altında fəaliyyət göstərib təqaüdə alnıaçıq üzüağ çıxmağımdan qürur duyuram”.

Məktubda qeyd olunub: “Övladım Oktay Yolçuyev polis peşəsini şərəfli peşə hesab etdiyi üçün İqtisadiyyat Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra 2-ci ali təhsil almaq üçün Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə qəbul oldu və bitirdi.

Övladım dövlətimizə, xalqımıza xidmət etmək üçün sağlam düşüncəyə, təfəkkürə, savada malikdir. Hazırda oğlumun polis zabiti olması üçün bütün ailəmiz çalışırıq. Mən özüm, anası, oğlum özü nə qədər cəhd edirik nədənsə arzumuz reallaşmır.

Ona görə cənab nazirim Ramil Usubova müraciət etmək qərarına gəldim. Siz DİO-da savadlı, bacarıqlı, intellektual səviyyəli gənclərin yetişməsi üçün tam şəffaf və heç bir sistemdə rast gəlinməyən sturuktur formalaşdırmısınız. Sizin əməyinizi mən veteran polis işçisi kimi yüksək qiymətləndirib alqışlayıram.

Xahiş edirəm ailəmizin xüsusi ilə atanın, ananın həyəcanlı anlarını nəzərə alıb oğlum Oktay Yolçuyevin polis zabiti olması üçün imtahan verməsinə şərait yaradılmasına köməklik edəsiniz (055) 704-34-01)”.

(politika.az)


Xəbər 3515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir


BÜTÜN XƏBƏRLƏR +