Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


23.07.2025  16:32 

“Evimizi xəbərdarlıq etmədən sökürlər” – Nərimanov sakinləri





A+  A-

Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Qərib küçəsi 10B ünvanında yaşayan sakinlər evlərinin kompensasiya ödənilmədən sökülməsindən narazıdırlar.

XəzərNews.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ərazi boşaldılır, lakin hər hansı rəsmi bildiriş və ya təzminat verilməyib.

Onlar bildirirlər ki, söküntü işlərinə iyulun 21-dən etibarən başlanılıb və artıq bir neçə gündür ki, proses davam edir. Yerli əhali iddia edir ki, onlara nə kompensasiya miqdarı, nə də köçürüləcəkləri alternativ yaşayış yeri barədə məlumat verilib.

“Heç bir sənəd göstərmədən gəlib evlərimizi sökürlər. İki gündür texnika işləyir. Nə kompensasiya verilib, nə də hüquqi əsas açıqlanıb,” – deyə sakinlərdən biri bildirib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, mülkiyyət hüququ yalnız ictimai ehtiyac halında məhdudlaşdırıla bilər və bu zaman öncədən ədalətli kompensasiya verilməsi məcburidir.

Xəbər 494 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +