Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


14.07.2022  10:13 

“Brızqovik” həvəskarı olan polis Qazidən 80 manat rüşvət alıb?





A+  A-

“Bu gün Qarabağ qazisinin avtomobilinin yol polisi tərəfindən cərimə meydançasına aparılması haqda yazmışdım. Səbəb kimi yol polisi maşının arxa oturacağının kəmərinin olmamasını göstərmişdi. Sürücü yol polisinin tələbini yerinə yetirərək kəmərləri bağlayıb və sevincək polisin yanına gedib. Rüfət adlı həmin yol polisi sürücüyə “indi də get brizqoviki (palçıq şiti) düzəlt” deyərək onu otaqdan çıxarıb. Həmin polis fərqində olmayıb ki, əslində tələb etdiyi çatışmazlıqlarla maşını texniki baxışdan keçirən həmkarının nöqsanlarını üzə çıxarıb”.

XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Anar Məmmədov paylaşıb.

A.Məmmədov bildirib ki, uzun söhbətdən sonra polis sürücüdən 100 manat tələb edib:

“Sürücünün davamlı xahişindən sonra “20 manat taksi pulun olsun, 80 manat ver, maşını apar”, - deyib. Sürücü pulu ödəyəndən sonra maşını cərimə meydançasından çıxarıb, amma yenə də polisə hörmət əlaməti olaraq “brızqovik”i alıb maşına bağlayıb. Məsələni ictimailəşdirəndən sonra yol polisinin rəhbərliyi mənim və sürücünün iddialarını araşdırmaq üçün nəzarətə götürüb. Bakı Şəhər Yol Polisinin rəisi Rəşid Piriyevdən xahiş edirəm ki, həmin sürücünü otağına çağırsın, Rüfət adlı polis əməkdaşının gözləri qarşısında sürücünün üst geyimini soyundurub qəlpə parçalamış bədəninə baxsın. Bəlkə “brızqovik” həvəskarı olan polis gördüklərindən utanar. Qanun adı altında korrupsiya ilə məşğul olan polislə bağlı ən sərt tədbirini görsün”.

A.Məmmədov bildirib ki, qanun donu geyinib cinayət yolu ilə evinə 80 manat aparan Rüfət adlı yol polisi və onun Bakı polisinin binasına necə ayaq açmasını, orada necə belə oyun çıxarmasının səbəbini yazacam.

Xəbər 3705 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +