Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək


29.11.2023  14:39 

Banklardan 141 milyon manat əmanət geri çəkilib





A+  A-

Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb. Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalmaq qeydə alınıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama verən deputat Vüqar Bayramov bildirib ki, əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərib.

Bununla belə fevraldan etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməsi də nəzərə alınmalıdır.

Onun sözlərinə görə, banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərdi.

“Doğrudur, xərcləmələr və eləcə də real sektora sərmayələr və mövsümi faktorlar da öz təsirlərini saxlamaqdadır, - o qeyd edib.

İqtisadçı hesab edir ki, əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımdan da əhəmiyyətlidir.

“Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir", - deputat əlavə edib.

V.Bayramovun sözlərinə görə, gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi: “Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar”.

Xəbər 2791 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi


BÜTÜN XƏBƏRLƏR +