Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb
Günay Qurbanova Avropa çempionu olub
Pezeşkian Azərbaycana səfərə gəlib - YENİLƏNİB
Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...


02.07.2025  00:31 

Onlar başlatdı, biz bitirəcəyik!





A+  A-

Bəzi suallarla qarşılaşıram. Müəyyən təşviş əlamətləri sezirəm. Anlayışla qarşılamaq lazımdır.

Əsrlərdir Rusiya bizim üçün hər cür fitnəkarlıq və təhlükə mənbəyi olub.

Bir dəfə yazmışdım, matəm günlərimizin hamısı Rusiya ilə əlaqəlidir.

Bəli, bütün matəm günlərimizdə Rusiyanın imzası var.

Keçdiyimiz aylarda bədxah qonşumuzun sayəsində matəm günlərimizi biri də artdı.
Mülki təyyarəmizə atəş açdılar, ağır itkilər verdik.
Bu gün yayılan məxfi sənədlərdən də aydın olur ki, təyyarimizi "vur" əmri Rusiya Müdafiə Nazirliyindən verilib.

Onsuz da bilirdik.

Sual yaranır?

Niyə?

Hədəf nə və yaxud kim idi?

Məncə, Rusiyanın hədəfi Azərbaycan dövlətçiliyidir!

Neokolonist zehniyyət sadəcə Fransada deyil...
Bəzi dostlar nigarandırlar, Rusiyanın üzərinə sərt gedirik deyə.

Qətiyyən!

Bu gün baş verənlərin toxumları son 300 ildə əkilib.

Dünyada azərbaycanlılardan başqa xalq varmı, oğullarının adını İntiqam qoysun?

Bəlkə var, amma mən bilmirəm.

Varsa da mütləq bir hekayəsi var.

İntiqam hissi bu xalqın basdırılmış qəzəb hissinin, süngülənən azadlıq ümidlərinin, sürgünlərdə canlarını tapşıran aydınlarının, divara söykənərək güllələnən ədiblərin, xadimlərin, zaman-zaman erməniyə peşkəş çəkilən Vətənin nəsildən nəsilə ötürdüyü əmanətidir.

Məqam yetişdi!

Asmırıq-kəsmirik, qətliam etmirik, onlar kimi öldürmürük.

Bizə yaraşmaz.

Sadəcə, layiq olduqları, adekvat cavab veririk.
Təbii, canımızda əsrlərin qorxusu, yaddaşımızda əsrlərin təcrübəsi var.

Görəsən, hansı addımları atacaqlar?

Heç nə edə bilməzlər.

Azərbaycan o deyil artıq.

Heç Rusiya da.

Şiri də gördük, qartalı da.

İkibaşlı qartal dron görəndə sərçəyə dönür.
Rusiyanın ərazisi, ordusu, əhalisi kəmiyyətcə bizdən üstün ola bilər, amma bu əsas deyil ki, üzərimizdə hakimiyyət qursunlar.

Xanlıqlar dövrü çox geridə, Mütəllibov dövrü isə geridə qalıb.

Görünür, düzgün analiz etməyiblər.

İndi, xalqımızın milli qürur, özünəinam hissi yenidən yaradılır, başdan yaradılır, kökdən yaradılır.

Azərbaycan höküməti bunu edir.

Nəyi, necə etmək lazımdır bilir.

Sərgilənən qətiyyət və prinsipallıqdan bəlli olur ki, onlar başlatdı, biz bitirəcəyik!

Biz bitirəcəyik ki, yenidən təkrar olmasın.

Bəhruz Həsənov

Xəbər 285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +