Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


25.01.2020  11:53 

Əfsanəni döyən ərinə cinayət işi açıldı





A+  A-

Əri tərəfindən dəfələrlə döyüldüyünü “Səni axtarıram” verilişində etiraf edən Əfsanə İsayevanın həyat yoldaşı Səxavət İsayevə cinayət işi açılıb.
XəzərNews.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, S. İsayev barəsində CM-nin 133-cü maddəsi ilə cinayət işi başlanıb.

Hazırda S. İsayev polis nəzarəti altındadır. Onunla bağlı Xızı rayon polis şöbəsində istintaq aparılır. Bildirək ki, 133-cü maddənin tələbinə əsasən, Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməyə görə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, verilişə qonaq olan Səxavət isayev etdiyi əməli boynuna alaraq canlı efirdə yoldaşını at qırmancı ilə döydüyünü etiraf edib.

Qeyd edək ki, 4 gün əvvəl Ə. İsayeva Xızı rayon Polis Şöbəsinə gedərək döyülməsi ilə bağlı ərizə yazıb. Həmçinin İsayevanın bədənindəki izlərlə bağlı ekspertiza təyin edilib. Bundan sonra o, Azərbaycan Uşaqlar Birliyinin Bakıdakı sığınacağına yerləşdirilib.

Xəbər 3216 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +