Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


02.07.2018  16:43 

Narkotacir qadınlar tutuldu





A+  A-

Mütəşəkkil cinayətkar qrupların külli miqdarda narkotik vasitələri dövlət sərhədini pozmaqla qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə qarşı Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən tədbirlər davam etdirilir.
DSX-nın Mətbuat Mərkəzindən XəzərNews.az-a verilən məlumata görə, iyunun 30-da keçirilmiş əməliyyat tədbiri nəticəsində DSX əməkdaşları tərəfindən Astara rayonu ərazisində Astara şəhər sakini 1998-ci il təvəllüdlü Əhmədov İbrahim Zakir oğlu 2 kq heroin və 568 qram metofitamin ilə saxlanılıb.

Fakt üzrə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astarada narkotik vasitəni qəbul edərək sifarişçiyə çatdırmalı olan Astara şəhər sakini 1987-ci il təvəllüdlü Abdullayeva Aynur Mahir qızı saxlanılıb, narkotik vasitənin sifarişçisinin də şəxsiyyəti müəyyən olunub.

İyulun 1-də əməliyyat-axtarış tədbirinin davamı olaraq Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ilə birgə Sumqayıt şəhərində narkotik vasitənin sifarişçisi, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olduğuna görə əvvəllər məhkum olunmuş Corat qəsəbə sakini 1966-cı il təvəllüdlü Ağayeva Xalidə İlyas qızı saxlanılıb.

DSX-nın İstintaq və Təhqiqat İdarəsi tərəfindən saxlanılmış şəxslər barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, cinayətin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 2764 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +