Binəqədidə çirkab suları küçəyə axır - Foto
Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır


28.06.2018  18:11 

14 yaşlı qızın nişanlısı HƏBS EDİLDİ





A+  A-

Artıq bir neçə gündür ki, ölkə mətbuatında yetkinlik yaşına çatmamış (14 yaş) qızın ərə verilməsi ilə bağlı xəbərlər gedir. Belə ki, Lerik sakini Mirtəmən Sadıqov Bakıda 14 yaşlı Leyla adlı qızının keçmiş həyat yoldaşı tərəfindən ərə verilməsi xəbərini yayıb. Hətta rəsmi surətdə polisədə müraciət edib. Ötən gün isə qızının 14 yaşında ərə verilməsi ilə bağlı "Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişində iştirak edib. Ancaq verilişdən sonra M. Sadıqovun yoxa çıxması xəbəri yayılıb.
XəzərNews.az bildirir ki, bu barədə "Ölkə.Az"a Türkan qəsəbə sakini, jurnalist Vüqar Əmirov məlumat verib. Onun sözlərinə görə, M.Sadıqov məsələni ictimailəşdirəndən sonra keçmiş həyat yoldaşı Əminə Məmmədovanın qardaşı (14 yaşlı qızın anası) və ilk evliliyindən olan qızının həyat yoldaşı tərəfindən təzyiqlərə məruz qalıb:

"Dünən "Səni axtarıram" verilişindən qayıdandan sonra yolda Mirtəməni maşından düşürmüşəm. Ondan sonra Mirtəmənə zəng çatmır. Halbuki Xəzər Rayon Polis İdarəsinin müstəntiqi ona demişdi ki, telefonunu açıq saxla, səninlə əlaqə saxlayacağıq. Mənə Mirtəmənin yaxın qohumları bu barədə bildiriblər.
Şikayətçi Mirtəmən Sadıqovun ümumilikdə 10 uşağının olduğu deyilir. Ötən il bir xanımla ailə həyatı quran Sadıqovun hər iki qadından ümumilikdə 1-i oğlan, 9-u qız olmaqla 10 övladı var. 1 il qabaq qızının elçiliyində iştirak edən ata indi onun erkən yaşda ailə qurmasının qarşısını almağa çalışır. Atanın iddiasına görə, qızı həmin oğlandan 2 aylıq hamilədir.
Artıq Mirtəmən Sadıqovun Xəzər Rayon Polis İdarəsinə etdiyi şikayət əsasında qızıyla ailə quracağı bildirilən 22 yaşlı oğlan şübhəli şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 152-ci (Yetkinlik yaşına çatmış tərəfindən aşkar surətdə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli başqa hərəkətlər etmə) maddəsiylə cinayət işi başlanıb.

Xəbər 2690 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +