Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


17.08.2017  12:06 

FHN 172 nəfəri batmaq təhlükəsindən xilas edib





A+  A-

Avqustun 17-sinə qədər Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin əməkdaşları suda boğulma təhlükəsilə üzləşən 172 nəfəri xilas edib.
Bu barədə XəzərNews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib. O qeyd edib ki, qeyri-çimərlik ərazilərində xilas edilənlərin sayı 54 nəfər olub:

“172 nəfərdən 118-i bizim xilasetmə avadanlıqları ilə təchiz olunmuş və nəzarətdə olan çimərliklərdə xilas olunub.

Qalan 54 nəfəri isə nəzarətsiz çimərliklərdə suda boğulma təhlükəsi ilə üzləşənlərdir. 54 nəfərdən 30-u su kanallarında, Kür sahilində xilas edilənlərdir. Çox az hissəsi isə dənizin nəzarətdə olmayan hissəsində xilas edilib”.

Qeyd edək ki, vətəndaşlar təhlükə zamanı 112-yə zəng edə bilər.

Xəbər 3243 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +