Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər


06.12.2021  23:09 

Ceyhun Bayramov Karen Donfrid ilə telefonda danışıb





A+  A-

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.

XəzərNews.az
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadən xəbər verir ki, tərəflər bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən Ermənistan və Azərbaycan arasında münaqişə sonrası münasibətlərin normallaşdırılması üzrə danışıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar.

Karen Donfrid Azərbaycanın 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməsini, habelə Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməsini müsbət bir hal və münasibətlərin normallaşması istiqamətində irəliləyiş kimi dəyərləndirib.

Telefon danışığı zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Xəbər 3278 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +