200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


03.02.2021  09:01 

Qırğızıstanın yeni Baş naziri o oldu





A+  A-

Qırğızıstan parlamentinin profil komitəsi ölkə hökumətinin tərkibini və strukturunu təsdiqləyib.
Bu barədə XəzərNews.az “Kabar” informasiya agentliyinə istinadən xəbər verir.

Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri üzrə parlament komitəsi Ulukbek Maripovun Baş nazir postuna namizədliyini təsdiq edib.

Deputatlar yeni hökumətin tərkibini və strukturunu yekdilliklə dəstəkləyiblər.

Baş nazirin birinci müavini Artyom Novikov, hökumət aparatının rəhbəri isə Jeniş Asankulov təyin edilib.

Qırğızıstanın Müdafiə Nazirliyinə Taalaybek Omurəliyev rəhbərlik edəcək. Ruslan Kazakbayev xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, Sadır Japarovun erkən prezident seçkilərində qazandığı qələbədən sonra onun rəhbərlik etdiyi Qırğızıstan hökuməti istefaya gedib.

Xəbər 2012 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +