200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


01.02.2021  15:54 

İlon Mask meymunlarla bağlı maraqlı təcrübəni sınaqdan keçirdi





A+  A-

“Tesla”, “SpaceX” və “Neuralink” kimi bir sıra şirkətlərin qurucusu İlon Mask startapların birində beyninə naqillər quraşdırılmış bir meymunun video oyunlar oynamağı bacardığını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, İlon Mask bu barədə “Clubhouse” sosial media platformasında qatıldığı bir podkastda açıqlama verib. İmplantasiya edilə bilən beyin-maşın interfeyslərini inkişaf etdirən neyrotexnologiya şirkəti olan “Neuralink” şirkətində son yeniliklərlə bağlı açıqlama verən Mask xüsusi naqillər quraşdırılmış təcrübə primatının artıq video oyunlar oynamağı bacardığını bildirib.

“Bizim beyninə kiçik naqillər qoşulmaqla öz ağlı ilə video oyunlar oynaya bilən meymunumuz var, implantın harda yerləşdiyi görünmür, meymun isə xoşbəxtdir. Dünyada ən gözəl meymun məkanlarına sahibik. Onların bir-biriləri ilə mind-Pong oynamalarını istəyirik”,- deyə İlon Mask qeyd edib.

Mask beyni əlaqələndirən texnologiyanın beyin və onurğa zədələnmələrini aradan qaldırmaq və implant edilmiş çiplə insanların itirdiyi qabiliyyətlərini geri qaytarmaq məqsədi daşıdığını bildirib.

Xəbər 2103 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +