200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


01.02.2021  09:45 

Myanmada hərbi çevriliş - Fövqəladə hal elan edildi





A+  A-

Myanma ordusu hərbi çevriliş edərək hakimiyyəti ələ aldığını açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Myanma ordusunun mətbuat orqanının verdiyi açıqlamada ölkədə fövqəladə hal elan edildiyi və Myanmanın bir il boyunca hərbi qaydalarla idarə olunacağı bildirilib.

Prezident Vin Myin və Dövlət Şurasının sədri və xarici işlər naziri Aun San Su Çji nəzarətə alınıb.

Daha əvvəl Myanma ordusu iqtidardakı Su Çjinin partiyasının qələbəsi ilə nəticələnən seçkilərdə saxtakarlığı olduğunu elan etmişdi.

Müzakirələr davam edərkən Baş Qərargah rəisi qanunların lazımi qaydada tətbiq olunmadığı təqdirdə konstitusiyanın ləğv edilə biləcəyini açıqlamışdı.

ABŞ və Avstraliya Myanma ordusunu nəzarətə alınan dövlət rəsmilərinin sərbəst buraxmağa çağırıb.

Xəbər 1983 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +