200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


16.07.2019  09:06 

“Verdiyimiz sözün üstündə dururuq” - Ərdoğan





A+  A-

Ankara öz sözünü tutdu və Rusiyanın “S-400” zenit-raket komplekslərini aldı.
XəzərNews.az "A Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk hava limanında təşkil edilmiş mitinqdə çıxışı zamanı deyib.

“Bu barədə nə deyirdilər? Biz almayacağıq, bacarmayacağıq. Biz aldıq? Bəli! Biz - türklər verdiyimiz sözün üstündə dururuq”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan daha sonra 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyə xalqının öz cəsarəti və qəhrəmanlığı sayəsində ölkənin müstəqilliyi və gələcəyini qorumasından söz açıb.

"Mən iyulun 16-na keçən gecə ölkəmizin müstəqilliyi və gələcəyini qorumaq üçün tanklar, təyyarələr və güllələr qarşısına çıxan qəhrəman xalqımızı salamlayıram. Heç bir terrorçu təşkilat heç vaxt bizim birliyimizi, həmrəyliyimizi və qardaşlığımızı poza bilməyəcək", - ölkə başçısı qeyd edib.

Xəbər 1594 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +