Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


29.01.2024  04:26 

Fransada taksi sürücüləri kütləvi nümayişlər keçirəcəklər





A+  A-

Fransada tibbi nəqliyyatla bağlı yeni qaydalara etiraz edən taksi sürücülərinin kütləvi nümayişləri bir sıra iri şəhərlərdə və ölkənin magistral yollarında keçiriləcək.

Xəzərnews.az “Report”a istinadla xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.

Nümayişlərin çoxu Fransanın cənubunda planlaşdırılıb. Belə ki, 800-ə yaxın taksi Marseldə və bəzi şəhərətrafı magistrallarda süni şəkildə tıxac yaratmağı planlaşdırır.

Bölgənin müxtəlif şəhərlərindən Bordoya 500 ilə 800 arasında taksi sürücüsü gedəcək. Tuluzada sürücülər Blanyak hava limanına girişi əngəlləmək istəyirlər.

Nitsa, Kann, Lion, Tur, İzere, Nansi, Nim və Monpelye şəhərlərində də taksi sürücülərinin kütləvi nümayişləri keçiriləcək.

Etirazın səbəbi sosial büdcənin maliyyələşdirilməsi ilə bağlı yeni qanunun 30-cu maddəsi olub ki, bu maddəyə əsasən, taksi ilə həkimə gediş haqqının bir hissəsini sığorta yolu ilə ödəmək istəyən xəstələr şəxsi internet platformaları vasitəsilə avtomobil bron etməli olacaqlar.

Platforma özləri uyğun taksi parkını təyin edəcək və digər xəstələrlə birgə səyahət etməyi təklif edəcək.

Bununla belə, regionlarda bəzi taksi şirkətləri vəsaitlərinin böyük hissəsini xəstələrin daşınmasından əldə edir və müştəri bazası yaradıblar. Buna görə də, onlar rəqəmsal platformaların işləmə tərzinə görə gəlirlərini itirməkdən qorxurlar və sənayelərinin “Uberizasiyasına” (özəl nəqliyyat xidməti Uber adından) qarşı çıxırlar.

Fransanın bəzi bölgələrində, xüsusən də paytaxt Fransada taksi sürücülərinin hərəkətləri ilə paralel olaraq fermerlərin kütləvi etirazları səbəbindən nəqliyyatın hərəkətində ciddi problemlər gözlənilir.


Xəbər 2407 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +