Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat


27.02.2023  11:36 

Tanış olduqları qadınların evindən oğurluq etdilər





A+  A-

Sosial şəbəkələrdə tanış olduğu qadınların evindən və parfümeriya mağazasından oğurluq edən şəxslər saxlanılıb.

XəzərNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə bir nəfər xanım müraciət edərək “Azar” sosial şəbəkəsində tanış olduğu şəxsin onun evindən 100 dollar və ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarını oğurladığını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elman Eminov saxlanılıb. O, izahatında etdiyi oğurluğu etiraf edib. Araşdırma zamanı Elman Eminovun digər bu kimi cinayətlər törətməkdə şübəli bilindiyi üçün axtarışda olduğu müəyyən edilib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən parfümeriya mağazasında satıcının mobil telefonunu oğurlayan Xəqani İsmayılov da tutulub. Həmin şəxs izahatında mobil telefonu satdığını bildirib.

Faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Xəbər 2309 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi


BÜTÜN XƏBƏRLƏR +