Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat


13.08.2022  11:31 

Polis əməliyyat keçirdi, 6 nəfər tutuldu





A+  A-

Mingəçevirdə polisin keçirdiyi əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər tutulub.

XəzərNews.az DİN Mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər də məhkum olunmuş Rəhim Rəhimov saxlanılıb. Onun üzərindən heroin, yaşadığı ünvandan isə satış məqsədilə saxladığı külli miqdarda heroin, eləcə də psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni sosial şəbəkədə tanış olduğu xarici narkotacirdən onlayn yolla aldığını bildirib. Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 5 nəfər – əvvəllər də eyni əmələ görə məhkum olunmuş Pərvin Abbasov, Tural Mahmudov, Allahverdi Həmidov, Elxan Hacıyev və Elton Kərimov tutulub. Şəxsi axtarış zamanı onlardan müxtəlif növ güclü təsiredici narkotik vasitələr götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işləri başlanılıb, istintaq aparılır.

Xəbər 3246 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi


BÜTÜN XƏBƏRLƏR +