Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


03.08.2022  12:30 

“Qarabağda ermənilər üçün geri sayım başlayır”





A+  A-

“Qarabağda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət etdiyi ərazilərdən silahlı erməni birləşmələrinin açdığı atəş nəticəsində Laçın istiqamətində hərbi qulluqçumuz şəhid olub. Qarabağda silahli erməni birləşmələrinin çıxarılması labüddür və bu istiqamətdə Azərbaycan tərəfi bütün vasitələrdən istifadə etməsi mütləqdir”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə MCP sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə çıxış edib.

M.Əsəsdullazadə bildirib ki, dünən Rusiyanın müdafiə naziri Sergey Şoyqu müdafiə naziri Zakir Həsənova zəng edib. Bu zəngin əsas məqsədi silahlı erməni birləşmələrini qorumaq və onların çıxarılmasını yubatmaqdir. Azərbaycan təbii ki, bu reallıqla barışmayacaq:

“Qarabağda silahli erməni birləşmələri üçün geri sayım başlayır. Silahli erməni birləşmələrinin qalması, Azərbaycanın bu ərazilərə köçkünlərin köçürülməsini yubadir. Çünki, təhlükəsizlik baxımından Qarabağda silahli erməni birləşmələri vətəndaşlarimızın həyatı üçün təhdiddir. Həmçinin, bu, ermenilerin növbəti dəfə hücumlar təşkil etməsinə gətirəcək.

Əgər, Qarabağda Rusiya hərbiçiləri təhlükəsizliyi təmin edirsə, silahlı erməni birləşmələrinə ehtiyac yoxdur. İkinci, Rusiya hərbçilərinin əsas missiyası burada təhlükəsizliyi qorumaq deyil, silahlı erməni birləşmələrinin təxribatlar etməsi üçün onlara dəstək verməkdən ibarətdir.

Qeyd edim ki, Azərbaycanın Qarabağda hərəkətliliyinə qarşı Moskvanın təhdidləri nəticə verməyəcək. Kreml məcbur qalıb, silahlı erməni birləşmələrinin çıxarılmasını təmin edə bilər. Baş verən proseslər fonunda ABŞ vasitəsiçiliyi ilə ikitərəfli danışıqlar müvəqqəti dayanacaq. Bu ay bir neçə görüş gözlənilirdi. Artıq, bu görüşələrin keçirilməsi dayandırılacaq.

Azərbaycan və Ermənistan liderlərini V. Putin dəvət edib, Rusiyada görüşünü təşkil etməyə çalışır. Həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi Rusiyada belə bir görüşün keçirilməsində maraqlı deyillər.

Rusiya ərazisində görüş maraqlarımızin əleyhinədir və bu növbəti bir neçə ay ərzində proseslərin dondurulmasina xidmət edir”.



Xəbər 3273 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +