Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


24.06.2022  10:39 

Tər tökən deputatın maaşının artmasına kimsə niyə etiraz etsin ki...





A+  A-

Bu, ümumi yanaşmadı, seçkiyə və konkret deputata dəxli yoxdur...

Ümumiyyətlə deputatın maaşı əksər təbəqələrinkindən artıq olmalıdır. Yəni onun üzərinə düşən işləri yerinə yetirməyə (seçicilərdən ötrü bəzən fərdi addımlar atmaq da var), bölgəyə səfərlərini ödəməyə və ailəsini dolandırmağa yetməlidir, bir az da artıq qalmalıdır. Deputatın maddi sıxıntısının olmaması seçici və müvafiq bölgə üçün önəmli şərtdir (qanuni maddi imkan nəzərdə tutulur).

Söhbət, konkret olaraq deputat Əlinin, Vəlinin maaşından getmir, deputat postunun aylıq əməkhaqqından gedir. O kresloda layiqli adamlar da oturub, oturur və sabah da oturacaqlar (qurunun oduna yaşı andırmaq da düz olmaz hər halda).

O başqa məsələdir ki, hansı deputat vəzifəsini lazımınca icra etmir, seçicilərdən gizlənir, hansısa biznesmendi, pulu çoxdur, "seçiciyə borcu yoxdur" və s.

Belələri ilə mübarizə üçün seçkilər var: Layiq bildiyinə səs vermək və o səsi müdafiə etmək...

Əlbəttə ölkədə minimum əməkhaqqı, pensiyalar və s. məsələrlə müqayisə edəndə deputatın maaşı kobud fərqlə gözə girə bilər.

Amma:

1. Deputat seçilmiş adamdır (yəni cəmiyyətin fərqləndirdiyi).

2. Deputat digərlərindən ötrü öz üzərinə ciddi məsuliyyət götürmüş adamdır. Missiyası minimum maaşla əmələ gələcək iş deyil.

VƏ NƏHAYƏT

Diqqət yetirsək görərik ki, əslində bizdə cəmiyyətin bu məsələni ikrahla qarşılamasının əsas səbəbi maaşın neçəliyi yox, deputatın necəliyidir. Bir qism deputatın deputat anlayışı haqda cəmiyyətdə yaratdığı mənfi təəssürat yəni.

Yoxsa, daima seçicilərinin yanında olan, onlarla mehriban, qaygıkeşcəsinə davranan, problemlərindən ötrü tər tökən deputatın maaşının artmasına kimsə niyə etiraz etsin ki...

İlqar Rəsul

Xəbər 3016 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +