Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


28.06.2020  12:48 

Gürcüstanda koronavirusa yoluxan və ölənlərin sayı artdı





A+  A-

Gürcüstanda son sutkada koronavirusa 3 yeni yoluxma faktı təsdiqlənib.
XəzərNews.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da, indiyədək qonşu ölkədə COVID-19-a yoluxma hallarının sayı 924-ə çatıb. Yoluxan şəxslərin 785-i sağalıb. Son sutka ərzində xəstəlikdən daha 1 nəfər ölüb və virusdan dünyasını dəyişənlərin sayı 15-ə çatıb.

Hazırda ölkə üzrə karantində 2 819, stasionar nəzarətdə isə 230 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər 2943 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +