Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


04.02.2019  09:11 

Emiliano Salanın təyyarəsi tapıldı





A+  A-

Fransanın "Nant" klubundan İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə transfer olunan Emiliano Salanı Böyük Britaniyaya aparan təyyarə La-Manş (İngilis kanalı) boğazında yoxa çıxmışdı.
XəzərNews.az "The Sun"a istinadən xəbər verir ki, yanvarın 22-dən start götürən axtarışlardan sonra nəhayət, onu aparan təyyarə tapılıb. Argentinalı forvardı Kardiffə aparan təyyarə La-Manş yatağının dərinliklərində tapılıb. Artıq Salanın ailəsinə bu barədə məlumat verilib.

28 yaşlı hücumçu "Kardiff Siti"yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Bundan əlavə, o, "Nant"dakı komanda yoldaşları ilə sağollaşmışdı. Lakin yanvarın 21-i 59 yaşlı pilot David İbbotson idarə etdiyi ABŞ istehsalı olan "Piper-P46 Malibu" markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Yanvarın 24-də isə Qernzi liman kapitanı David Berker hansısa insan övladının ilin bu vaxtı suda yaşamaq ehtimalının olmadığını bildirirərək, üç gün davam edən axtarışları dayandırdıqlarını demişdi.

Lakin bu gün səhər saatlarında dəniz mütəxəssisi David Mirns tərəfindən idarə edilən xüsusi maliyyələşdirilmiş axtarış baş tutdu və təyyarə kanalın dərinliklərində tapıldı.

Qeyd edək ki, Emiliano Sala "Nant"da 117 oyuna 42 qol vurmuşdu. O, "Kardiff Siti"nin ən bahalı transferi kimi klub tarixinə düşmüşdü.

Xəbər 2878 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +