Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


05.05.2017  16:45 

“Bunu xristian-müsəlman qarşıdurması kimi qələmə verənlər...”





A+  A-

"Müasir dünya problemlərlə üz-üzə qalıb. Bu gün dünyada siyasi, ideoloji və hərbi ayrılmanın yerini mədəni ayrılma tutub. Dövlətlərarası ixtilafların nizama salınmasının yollarından biri də mədəniyyətlərarası dialoqdur".
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Sivilizasiyalar arasında mədən körpülərin qurulmasında parlamentlərin rolu” mövzusunda keçirilən panel iclasında deyib.

Vitse-spiker bildirib ki, parlament diplomtiyası ənənəvi diplomatiyanı tamamlayır və Azərbaycan parlamentində 80-dən çox işçi qrupu fəaliyyət göstərir:

“Milli Məclis mədəbiyyətlərarası dialoqun inkişafı üçün bütün işləri görür. Mədəni əlaqələrin qorunub saxlanılması hər bir kəsin vəzifəsi olmalıdır. Şərqlə Qərb dünyasının mərkəzində yerləşən Azərbaycan torpaqlarının 20 faizi torpağı Ermənistan tərəfindən işğal edilib. Baş verənləri müsəlman-xristian münaqişəsi kimi qələmə verənlərin iddiaları boşa çıxacaq. Azərbaycan dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin hüquqlarının qorunmasına təminat verir. Azərbaycan bütövlükdə mədəni əlaqələrin inkişafına dəstəyini əsirgəmir, bu, bundan sonra da belə olacaq. Azərbaycanda elə şərait yaranıb ki, ölkəmizdə dünya və Avropa miqyaslı tədbirlərin keçirilməsi ənənə halını alıb. Dövlətimiz beynəlxalq humanitar forumlara, mədəniyyətləarası dialoq məclislərə, idman yarışlarına ev sahibliyi edir. 2015-ci ildə ilk dəfə Avropa Oyunları keçirildi, bu yaxınlarda IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Sivilizasiyalar və mədəniyyətlərarası dialoqun inkişafına xidmət göstəririk. Bununla da addım-addım sülh və əmin-amanlıq şəraitində yaşayan dünyaya can atırıq. Müasir sivilizasiyaların toqquşması deyil, bir-birinə qaynaşması daha xarakterik olmalıdır.

Xəbər 2898 dəfə oxunub.



04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +