Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


21.11.2018  10:27 

Bakı metrosunda hadisə - Maşinist son anda xilas edilib





A+  A-

Noyabrın 19-u səhər saat 7 radələrində "Bakı Metropoliteni"nin Bənövşəyi xəttinin "Memar Əcəmi-2" stansiyasında həyəcanlı anlar yaşanıb.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, həmin saatda növbədə olan maşinist Rəmzi Rüstəmov qatarı "Avtovağzal" istiqamətində hərəkət etdirmək üçün platforma ilə sonuncu vaqona doğru hərəkət edərkən, sərnişin axınına məruz qalıb.

Bu vaxt maşinist iki vaqonun arasına düşüb. Xoşbəxtlikdən sərnişin və metropoliten əməkdaşlarının dərhal verdiyi reaksiya ilə R.Rüstəmov 825 voltluq təmas relsinin üstünə düşməkdən son anda qurtulub. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə maşinistin qolu qırılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında faktı təsdiqləyib:

“Bəli, belə bir hadisə olub. Rəmzi Rüstəmov vaqondan vaqona keçərkən səhlənkarlığa yol verib. Yıxılıb, xoşbəxtlikdən daha ciddi xəsarət almayıb, qolu qırılıb. Bu barədə Əmək Müfəttişliyinə xəbər verilib. Hazırda maşinist bülletendədir. Təbii olaraq, o vəziyyətdə işə çıxa bilməz. Əmək Müfəttişliyi hadisəni araşdırdıqdan sonra yekun qərar veriləcək”.

B.Məmmədov qeyd edib ki, maşinistin kabinəni dəyişmə səbəbi qatarıın “Memar Əcəmi-2 “ stansiyasından “Avtovağzal” stansiyasına gedib və qayıtmasıdır:

“Maşinist qatarı “Avtovağzal” stansiyasına sürmək üçün kabinəni tərk edib, digərinə gedərkən belə bir hadisə yaşanıb”.

Xəbər 2913 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +