Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


18.10.2018  09:03 

İdman tarixinin ən bahalı müqaviləsi imzalandı





A+  A-

WBA və WBC orta çəki kəmərlərinin sahibi olan meksikalı boksçu Saul Alvarez tarixi rekorda imza atıb.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, 28 yaşlı idmançı DAZN yayım platforması ilə 365 milyon dollarlıq müqavilə imzalayıb.

Bu, idman tarixində ən bahalı sponsorluq müqaviləsi olub. Müqavilə çərçivəsində Alvarezin növbəti 5 il ərzində keçirəcəyi 11 döyüş DAZN tərəfindən yayımlanacaq.

Karyerasında 50 qələbə, 1 məğlubiyyət və 2 bərabərliyi olan Alvarez ilk döyüşünü 15 dekabrda Nyu-Yorkda ingilis Roki Fildinqlə keçirəcək.

Qeyd edək ki, bundan öncəki rekord beyzbolçu Cyankarlo Stantona məxsus idi. O, 2014-cü ildə 325 milyon dollar qarşılığında “Mayami Marlins”lə 6+7 illik müqavilə imzalamışdı.

Xəbər 3419 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +