Moskvada azərbaycanlı “qanuni oğrular“ saxlanıldı
Türkmanlar bu qərara etiraz edir - Ekspert
Prezidentlər Xıdırlı kəndinin açılışında iştirak ediblər
Ursula fon der Leyenə etimadsızlıq səsverməsi keçiriləcək
Kanallar artıq pul qazana bilməyəcək
Stavropolda sakitlikdir, təxribat yoxdur...- Diaspora sədri
Rusiya ilə Azərbaycan arasında münaqişənin gərginləşməsi...
Sevgilisi ilə batan 20 yaşlı qızın meyiti tapılıb
Müəllim öz şagirdi olan qızı qaçırıb
FHN güclü küləklə əlaqədar əhaliyə müraciət etdi


08.12.2017  10:16 

“Qarabağ” birinci oldu





A+  A-

“Qarabağ” Çempionlar Liqasının başa çatan qrup mərhələsində ən çox qırmızı vərəqə alan komanda olub.
XəzərNews.az xəbər verir ki, Ağdam təmsilçisinin 3 futbolçusu – cənubi afrikalı hücumçu Dino Ndlovu, braziliyalı yarımmüdafiəçi Pedro Enrike və müdafiəçi, kapitan Rəşad Sadıqov meydandan kənarlaşdırılıb.

Təmsilçimizin bu göstəricidə ən yaxın izləyicisi Portuqaliyanın “Benfika” klubudu. Lissabon təmsilçisinin passivində 2 qırmızı vərəqə var. “Feyenoord” (Hollandiya), “Monako” (Fransa), “Porto” (Portuqaliya), “Şaxtyor” (Ukrayna), “Barcelona”, “Atletiko” (hər iksi İspaniya), “Leyptsi” (Almaniya), “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Anderlext” (Belçika) və “Roma” nın (İtaliya) isə 1 futbolçusu “qırmızı” alıb.
Bir matçda ən çox birbaşa qırmızı vərəqə isə son turda “Porto” – “Monako” görüşündə qeydə alınıb. Meydan sahiblərinin 5:2 hesabı ilə qalib gəldiyi oyunda hər komandadan 1 futbolçu meydandan qovulub. 1:1 hesabı ilə yekunlaşan “Atletiko” – “Qarabağ” matçında Enrike birbaşa qırmızı vərəqə alıbsa, çernoqoriyalı müdafiəçi Stefan Saviç ikinci “sarı”dan sonra meydandan çıxarılıb.

Portuqaliyanın “Sportinq” klubu isə sarı vərəqə sayında liderdi - 19 . Bir oyyunda ən çox - 8 sarı vərəqə da elə bu komandanın “Barselona”ya 0:1 hesabı ilə uduzduğu qarşılaşmada göstərilib.

Qrup mərhələsinin ən intizamsız futbolçusu “Feyenoord”un yarımmüdafiəçisi Tonni Trindade de Vilena olub - 4 sarı, 1 qırmızı. Qrup mərhələsinin ən intizamlı komandası “Çelsi"di. "Qarabağ"ın rəqiblərindən biri olmuş London klubu futbolçuları cəmi 5 dəfə sarı vərəqə ilə cəzalandırılıb. “Qarabağ”ın “sarı”larının sayı isə 14-dü.

Xatırladaq ki, Ndlovu “Atletiko”, Sadıqov “Çelsi"ylə Bakı Olimpiya Stadionundakı matçda qırmızı vərəqə alıb. Enrike isə “Atletiko” ilə Madriddəki matçda meydandan qovulub. Bunlardan yalnız Ndlovu ikinci "sarı"dan sonra meydanı vaxtından əvvəl tərk etməli olub. Dino 1 oyundan sonra cəzasını bitiribsə, Rəşadla Pedro "qırmızı"yla qrupda çıxışını vaxtından öncə bitirməli olub.

Xəbər 3605 dəfə oxunub.




03.07.2025  15:38 

Sadır Japarov Azərbaycana gəlib

03.07.2025  11:58 

Zaxarovadan SSRİ mesajı


BÜTÜN XƏBƏRLƏR +