Odessanı 21 pilotsuz uçan aparatla vurublar
“Əsassız 600 manat cərimə yazırlar” - AYNA-dan ŞİKAYƏT
Ədalət Abbasov vəzifəsindən azad olunub
Prezident Qusarda yol tikintisinə pul ayırdı
Heydərov oğlunun obyektinin istismarına icazə verdi
Bu deputat Kamran Əliyevə səs verməyib
Mal-qara oğruları saxlanıldı
Əsgəran-Xocalı yolunda meyit qalıqları tapıldı
Bank kartlarından 30716 manat talandı - Bir gündə...
3 milyon vətəndaşın banklara kredit borcu var


23.01.2021  11:09 

Qanunsuz silah saxlayan qohumlar tutuldu





A+  A-

Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Çovdar kənd sakini Nəsib Musayevdən “Escort” markalı, tək lüləli 12 kalibrli, həmkəndlisi və qohumu Əfqan Musayevdən “İJ” markalı tək lüləli, 12 kalibrli və digər həmkəndlisi və qohumundan “İJ” markalı tək lüləli, 16 kalibrli müvafiq sənədləri olmayan tüfəng aşkar edərək götürüb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) ilə protokol tərtib edilərək, Daşkəsən Rayon Məhkəməsinə göndərilib.

Xəbər 2149 dəfə oxunub.




01.05.2025  12:34 

Mal-qara oğruları saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +