13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


15.01.2018  14:54 

Prezidentin köməkçisi Hollivuddakı təcavüz qalmaqalından yazdı





A+  A-

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov məşhur Hollivud rejissoru Harvey Weinsteinin ətrafında yaranan təcavüz qalmaqalı ilə bağlı yazıb.
XəzərNews.az xəbər verir ki, bu barədə siyasətçi fikirlərini tvitter hesabında paylaşıb:

“Nəhayət ki, Qərbdə son vaxtlar çox geniş yayılmış, siyasi, əxlaq və kriminal məsələyə çevrilmiş bu prosesə məşhur aktrisa Katrin Denev və bir sıra tanınmış şəxslər münasibət bildirdilər. Bu məsələnin birmənalı qarşılana bilməyəcəyini hamı başa düşür. Amma 20-25 il bundan əvvəl guya ki, baş vermiş hadisənin indi iddia edilməsinin məqsədlərini bir tərəfə qoyub bir suala ağlabatan cavab tapmaq maraqlı olardı. İnsan haqlarının və azadlıqlarının qorunduğu, tam təmin olunduğu dünyaya bəyan edilən ölkələrdə, necə olub ki, yüzlərlə tanınmış insanlar, hətta superulduzlar belə öz hüquqlarını o zaman, vaxtında müdafiə edə bilməmiş, və ya nə üçünsə etməmiş və hadisədən 20-30 il keçməsini gözləmişlər.

Maraqlıdır ki, kişilərlə bağlı oxşar proses də vüsət almağa başlayır. Məgər bütün bunlarla bağlı cəmiyyətə, heç olmasa, bir izahat verməyə ehtiyac yoxdurmu? Yoxsa, kim necə istəyir qəbul etsin, liberal-demokratik cəmiyyətdə nə istəsən edə bilərsən?”

Xatırladaq ki, Hollivudun bir çox məşhur aktrisaları H. Weinstein haqqında müsahibələr verib, rejissorun əməlləri tənqid olunub. Kino ulduzları vaxti ilə Harveyin onlara təcavüz etdiyini etiraf ediblər.

Xəbər 1805 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +