“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


15.02.2021  10:58 

“Nijdenin faşist ideologiyası bizim üçün təhlükəlidir” - Erməni məmur





A+  A-

Ermənistan mədəniyyət nazirinin müavini Janna Andreasyan erməni televiziyasında nasist kollaborasionisti Qaregin Nijdenin ifrat millətçi “Tsağakronizm” ideologiyasının təhlükəsi barədə əhəmiyyətli açıqlamalar verib.
XəzərNews.az xəbər verir ki, Andreasyan açıqlamasında Nijdenin “Tsağakronizm” ideologiyasının faşist bir ideologiya olduğunu və müasir sivil cəmiyyətlər üçün böyük təhlükə daşıdığını bildirib.

“Nijde ideologiyası, əslində, faşist bir ideologiyadır. XXI əsrin cəmiyyəti olaraq bizim üçün çox təhlükəlidir, çünki bu ideologiya dünyaya qarşı aqressiya, özünü dünyadan təcrid etmə və digər cəmiyyətlər üzərində üstünlük nümayiş etdirmək prinsipləri əsasında qurulub. Əgər bu təlimdən bütün gözəl sözləri ayırsa, o zaman geriyə çox təhlükəli bünövrə qalacaq”,- deyə Andreasyan qeyd edib.

O, erməni cəmiyyətinin sözügedən ideologiyaya görə müasir sivil cəmiyyətlərdən geri qaldığını və alternativ konsepsiyalara ehtiyac olduğunu qeyd edib.

“Sən bu cür mövcud ola bilməzsən, yəni hamıya yuxarıdan bax və eyni zamanda başqalarının sənə qarşı yaxşı münasibət göstərməsini gözlə. Belə olmur. Ətrafdakı hər kəsin axmaq olduğuna inanıb hamını nəzarətimizdə saxlamağa çalışa bilmərik. Belə yaşamaq mümkün deyil. Bizə erməni xalqına aid açıqlaya biləcəyimiz digər konsepsiyalar lazımdır. Hazırda erməni cəmiyyətində yalnız millətçilərin monoloqu davam edir. Ancaq cəmiyyətdəki hər hansı bir monoloqun olması çox təhlükəlidir. Müasir dünya sürətə və müxtəlifliyə əsaslanır və əgər biz bu tendensiyalara uyğun gəlmiriksə, sosial inkişaf meyllərinə uyğun gəlmiriksə, o zaman bu vəziyyətdə dünya ictimaiyyətinin həyatından kənarda qaldığımızı anlamalıyıq”,- deyə nazir müavini qeyd edib.



Xəbər 4241 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +