2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


24.12.2018  13:19 

Ata və qızı saxlanıldı - Saxta pula görə





A+  A-

Ağcabədi rayonunda xeyli miqdarda saxta əskinas aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
XəzərNews.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən 4 mağaza sahibi dekabrın 23-də alış-veriş edən 2 nəfərin onlara müvafiq olaraq 3 ədəd 20 manatlıq və 1 ədəd 100 manatlıq əskinaslar verdiklərini, sonradan həmin pulların saxta olduğunu aşkar etdiklərini bildiriblər. Həmin əskinaslar polis əməkdaşlarına təqdim olunub.

Saxta pulları verməkdə şübhəli bilinən rayon sakinləri Mehdi Mehdizadə və Təhminə Nəzərova qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan əlavə olaraq 2 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq və 2 ədəd 20 manatlıq saxta əskinaslar aşkar edilib.

Araşdırmalarla onların saxta əskinasları T.Nəzərovanın atası Firəddindən aldıqları müəyyən edilib.

Əvvəllər məhkum olunmuş Firəddin Nəzərov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 21 ədəd 100 manatlıq, 29 ədəd 20 manatlıq, 11 ədəd 10 manatlıq, 62 ədəd 5 manatlıq və 37 ədəd 1 manatlıq saxta əskinaslar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər 2842 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +