Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


17.01.2021  09:42 

Nyu-Yorkda vaksin çatışmazlığı yarandı





A+  A-

ABŞ-ın uzun müddət koronavirus pandemiyasının episenteri olan və 40 mindən çox insanın virusdan vəfat etdiyi Nyu-York ştatında vaksin çatışmazlığı yaranıb.
XəzərNews.az xəbər verir ki, ştatın qubernatoru Endrü Komo bu günə qədər Nyu-Yorka göndərilən peyvəndlərin 74%-nin paylanıldığını, ancaq federal hökumətin kifayət qədər vaksin göndərə bilməməsi səbəbindən peyvəndləmə prosesinin dayanacağını deyib.

Komo vaksin çatışmazlığının səbəbkarının Donald Tramp administrasiyası olduğunu iddia edib. O, bildirib ki, federal hökumətdən daha çox vaksin tələb edilməsinə baxmayaraq, Nyu-Yorka bir həftə ərzində göndərilən vaksin sayı 300 min dozadan, 250 min dozaya endirilib.

Gündə azı 7 min insanın peyvənd olunduğu Nyu-York ştatında yaradılan peyvənd mərkəzinin də, yeni həftədən etibarən vaksinasiya prosesini dayandırmağa məcbur olduğu barədə məlumat yayılıb.

Qeyd edək ki, ABŞ-ın 50 ştatında artıq bir aydır ki, kütləvi vaksinasiya prosesi həyata keçirilir. Birləşmiş Ştatlar Böyük Britaniya və Kanadadan sonra “Pfizer” və “BioNTech” kampaniyalarının birgə hazırladıqları preparatın kütləvi vaksinasiyasına icazə verən üçüncü ölkədir. Hər bir ştatda, kimlərin növbəli şəkildə peyvəndlənəcəyi barədə qərarı qubernatorlar verirlər.

Xəbər 3431 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +